Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saatlının icra başçısı seçkini gözləyirmiş? – al-ver başladı
Saatlının icra başçısı seçkini gözləyirmiş? – al-ver başladı
11 Oktyabr 2013 / 12:27 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Seçkinin səhəri günündən etibarın Siraqəddin Cabbarov boş qalmış əraziləri satışa çıxarıb.

Saatlının icra başçısı Siraqəddin Cabbarov seçkinin səhəri günündən etibarən torpaq alverinə başlayıb. Rayondan verilən məlumata görə, icra başçısı bu məsələni seçkidən öncə həyata keçirmək istəsə də, əhalinin narazılığından ehtiyat edərək onu növbəti mərhələyə saxlayıb.

Məlumatda deyilir ki, bu torpaqların bir qismi rayon mərkəzindədir. Onları bələdiyyələrin əli ilə satışa çıxarmış icra başçısı əsasən dükan və obyekt yerləri kimi reallaşdırmağa cəhd edir. Bunun böyük miqdarda gəlir gətirə biləcəyindən xəbərdar olan Cabbarov artıq sənədləşmə üçün lazım olan bütün tapşırıqları verib.

Digər ərazilər isə əkinçilik üçün nəzərdə tutulub və onların da böyük bir qismi Arzaboyu əraziləri əhatə edir. Əkinçilik üçün münbit sahələr hesab olunan bu torpaqların həddindən artıq məhsuldar olduğu və onu ələ keçirmək üçün çoxlarının çalışdığı vurğulanır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə