Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əliyevin qələbəsi regionda sabitlik üçün vacibdir”
“Əliyevin qələbəsi regionda sabitlik üçün vacibdir”
11 Oktyabr 2013 / 12:55 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Xarici analitiklər Azərbaycandakı prezident seçkilərini şərh edirlər… 

Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri qonşu Rusiyada da diqqət mərkəzindədir.

Virtualaz.org-un xəbərinə görə, Rusiya dövlət radiosu “Qolos Rossi” seçkilərin nəticələrinə dair şərhində göstərir ki, prezident İlham Əliyevin bu vəzifəyə yenidən seçilməsi regionda sabitliyin saxlanılmasına kömək edəcək. “Səsvermənin nəticələri ölkənin siyasi və iqtisadi sisteminin hansı istiqamətdə inkişaf edəcəyinə dair suala cavab verir. Ekspertlər deyir ki, Əliyevin qələbəsi bütün regionun inkişaf vektorunu proqnozlaşdırmağa imkan verəcək” – deyə radiostansiya bildirir.

“Şimal-Cənub” Politoloji Mərkəzinin icraçı direktoru Aleksey Vlasovun sözlərinə görə, Avrasiya Bankının hesabatında göstərilir ki, Azərbaycan faktiki olaraq  postsovet məkanının çərçivəsindən çıxan ilk ölkədir: “Bu faktla o nəzərdə tutulur ki, Azərbaycanın diversifikasiya olunmuş xarici siyasəti ölkəni müstəqil oyunçuya çevirib. Yəni beynəlxalq münasibətlərin obyektinə yox, subyektinə. O cümlədən əsas güc mərkəzləri Rusiya, İran, Avropa İttifaqı və ABŞ-la qarşılıqlı münasibətlərdə…”

Digər rusiyalı ekspert, Xəzər Əməkdaşlıq İnstitunun direktoru Sergey Mixiyev isə deyir ki, Azərbaycanın möhkəm beynəlxalq mövqeləri Rusiya üçün sərfəlidir. Onun sözlərinə görə, Rusiya cənub hüdudlarında Azərbaycanın əhəmiyyətini nəzərə alır və tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır.

“Prezident Vladimir Putin seçkilər ərəfəsində İlham Əliyevlə görüşən və ona öz dəstəyini ifadə edən yeganə dövlət başçısı oldu” – deyə Mixiyev vurğulayır.

“Qolos Rossi” qeyd edir ki, Putinin Bakıya səfəri zamanı imzalanan sənədlər Moskva ilə Bakı arasında əməkdaşlığın yaxın perspektivlərdə istiqamətini müəyyən edəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə