Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uşaqlar arasında soyuqdəymə və virus-infeksiyası yayılıb
Uşaqlar arasında soyuqdəymə və virus-infeksiyası yayılıb
11 Oktyabr 2013 / 13:30 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb.

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib. O, bildirib ki, sentyabrın 15-20-dən sonra havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb.

N.Quliyevin sözlərinə görə, kütləvi xəstələnmə olmasa da, uşaqlar arasında xəstəliyin yayılmasının pik səviyyəsi bir neçə gün davam edib: “Sentyabrın 15-dən sonra havalar qəfildən soyumağa başlayanda valideynlər uşaqları normal geyindirmədilər, məktəblər başlandığından uşaqlar müəyyən kollektivlərdə cəmləndi. Kollektivlərdə isə bir uşaq xəstələnən kimi digərlərini də asanlıqla bu virusa yoluxdururdu. Hazırda xəstələnmənin pik səviyyəsi artıq ötmək üzrədir. Son 2-3 gündə bu xəstəliklərin müşahidə edilməsində azalma var”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə