Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident seçkiləri ATƏT-də müzakirəyə çıxarılacaq
Prezident seçkiləri ATƏT-də müzakirəyə çıxarılacaq
11 Oktyabr 2013 / 13:31 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı qurumun müşahidə missiyaları arasında ziddiyyətli mövqelərin mövcudluğu müzakirəyə çıxarılacaq.

Bu barədə Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycan Parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

B.Muradova qeyd edib ki, ATƏT PA-nın Daimi komitəsinin iclasının gündəliyində Azərbaycanda keçirilmiş Prezident seçkilərinə dair məsələ daxil edilib: “Müşahidə missiyasının rəhbəri seçkilərə dair hesabatla çıxış edəcək və bunun ətrafında müzakirələr açılacaq”.

Vitse-spiker vurğulayıb ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi hesabatda Azərbaycandakı seçki kampaniyasına və seçki günü müşahidə olunanlarla bağlı ziddiyyət təşkil edən mövqelər öz əksini tapıb: “Bu fikirlər də prosesi müşahidə edən çoxsaylı missiyaların üzvləri tərəfindən açıqlanıb. Uzunmüddətli müşahidə missiyası öz hesabatını açıqlayanda da fərqli fikirlər səslənib və ATƏT PA nümayəndə heyəti və xüsusilə ATƏT-in xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen fərqli fikirləri səsləndirilib”.

B.Muradova deyib ki, Mişel Vuazen ayrıca bəyanat da verib və qısamüddətli missiyaların, o cümlədən ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin və digər qrupların seçki prosesinə dair pozitiv məqamlarının bu hesabatda əksini tapmadığını vurğulayır, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini bir daha təsdiqləyir: “ATƏT-in özünün iki missiyası arasında Azərbaycandakı seçkilərə dair fərqli fikirlər var. Bu səbəbdən, ATƏT PA Daimi komitəsinin iclasında həm müşahidə missiyasının üzvləri, həm Azərbaycan nümayəndə heyəti bu ziddiyyətli məqamları ortaya qoyacaqlar”.

Qeyd edək ki, ATƏT DTİHB oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə münasibət açıqlayıb. Lakin ATƏT missiyası daxilindəki münasibətlər bir-birindən fərqli olub. Avropanı təmsil edən nüfuzlu beynəlxalq qurumların nümayəndələri, onların sırasında təmsil olunan deputatlar, ictimai-siyasi xadimlər və ekspertlər bütövlükdə bu seçkiləri yüksək qiymətləndirsələr də, ATƏT-i təmsil edən DTHİB tam fərqli mövqe nümayiş etdirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə