Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səhiyyə Nazirliyinin biabırçı hesabatı
Səhiyyə Nazirliyinin biabırçı hesabatı
11 Oktyabr 2013 / 13:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Səhiyyə Nazirliyi son 10 ildə səhiyyə sahəsində baş verən yeniliklərin hesabatını yayıb.

Nazirlikdən verilən xəbərdə deyilir ki, bu il dərman xərclərinə ayrılan 140 milyon manat vəsait xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf edilib. Buna görə də bütün xəstəliklər üzrə ölüm hallarında azalma qeydə alınıb. Hazırda qeydiyyatda olan 180 min diabetli xəstəyə özünənəzarət vasitələri – qlükometrlər və test stripləri paylanılıb.

Xəbərdə qeyd edilir ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları verilib. Hazırda isə dərmanların sayı  50-yə çatdırılıb.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması üçün 27 hemodializ mərkəzində 2 mindən artıq xəstə müalicə olunur.

“Yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə hər il orta hesabla 500 min uşaq pulsuz peyvənd olunur. Bunun nəticəsidir ki, respublikada poliomielit, difteriya xəstəlikləri ləğv olunub”, – deyə nazirlikdən bildiriblər.

Vərəm xəstəliyinə gəldikdə isə, xəstəlikdən ölüm halları 2,5 dəfə azalıb. Qeyd edək ki, hazırda bütün vərəm xəstələrinin dərmanla təchizatı dövlət hesabına təmin olunur.

Nazirlik talassemiya xəstəliyindən ölüm faizinin azaldığını qeyd edib: “Əgər əvvəllər talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanıb: “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na əsasən irsi qan xəstəliyindən əziyyət çəkən xəstələrə dərman preparatları pulsuz verilir”.

Qeyd edək ki, Talassemiya Mərkəzində regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılıb. Yaxın günlərdə sümük iliyinin köçürülməsi mümkün olacaq.

Nazirliyin hesabatında göstərilir ki, hazırda qan tədarükü 6,8 tondan 25,9 tonadək artırılıb.

O ki qaldı uşaq ölümü ilə bağlı vəziyyətə, nazirlikdən qeyd ediblər ki, körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promilli idisə, artıq bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5 promillidən 14,9-a enib.

“Hazırda respublikada 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət göstərir”,-deyə nazirlikdən xatırladıblar.

Hesabatda göstərilir ki, “Təhsil haqqında” qanuna əsasən, 2009-2012-ci illərdə səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrin qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçib. 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə