Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BŞBPİ mitinqlə bağlı xəbərdarlıq etdi
BŞBPİ mitinqlə bağlı xəbərdarlıq etdi
11 Oktyabr 2013 / 14:15 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın oktyabrın 12-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 12-də mitinq keçirmək üçün  Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Mitinqin oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçirilməsinə razılıq verilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə