Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Bakı-Supsa kəmərini tutmaq üçün irəliləyir
Rusiya Bakı-Supsa kəmərini tutmaq üçün irəliləyir
11 Oktyabr 2013 / 15:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Saakaşvili yenə hay-həşir saldı: “Onlar mərkəzi avtomagistralı, neft kəmərini nəzarət altına almağa, Gürcüstan dövlətçiliyini tədricən dağıtmağa hazırlaşırlar”
Rusiyanın Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsini nəzarətdə saxlayan hərb qüvvələri “sərhədlərin demaraksiyası” adı altında Bakı-Supsa neft kəmərini nəzarət altına almaq üçün irəliləyir.
Virtualaz.org gürcü qaynaqlarına istinadən xəbər verir ki, president Mixail Saakaşvili Cənubi Osetiya ilə inzibati sərhəddəki Dvani bölgəsindən hökumətə müraciətində bu barədə bildirib.
Saakaşvili deyib ki, Putin 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının məşəlini daşımaq üçün 2008-ci ilin avqustunda Gürcüstanı bombalayan təyyarəçini seçib. Bu da Rusiyanın növbəti təxribatıdır.
“Gürcüstanın təhqir olunması zəncirinə daha bir həlqə əlavə olunub, bizim kəndlərimizi və şəhərlərimizi bombalayan, dinc insanları öldürən təyyarəçi Neçayevi məşəçi qoyublar. Biz bu təxribatlara qarşı birgə cavab verməliyik” – deyə Saakaşvili bildirib.
Onun sözlərinə görə, Rusiya getdikcə Gürcüstanın içərilərinə doğru irəliləyir və ehtimal var ki, onlar mərkəzi avtomagistralı da tutacaqlar.
“Mən əminəm ki, belə olacaq. Çünki onlar getdikcə irəliləyir, real olaraq mümkündür ki, baş yol, avtoban da onların nəzarətinə keçəcək. Üstəlik neft kəmərini də tutacaqlar” – deyə Saakaşvili bildirib.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze də bu gün Vyanada, ATƏT-in Daimi Şurasında çıxışı zamanı Rusiyanın qanunsuz olaraq ölkənin yeni ərazilərini zəbt etməsindən danışıb. Nazir bildirib ki, ilin əvvəllərindən başlayaraq Rusiya işğalçı qüvvələri və Federal Təhlükəsizlik Xidməti Abxaziya və Cənubi Osetiya istiqamətindən irəliləyərək Qori, Kasp, Axalqorsk rayonları istiqamətində yeni ərazilər zəbt edir. Pancikidze Rusiyanın beynəlxalq normaların kobud şəkildə pozulmasına yönəlmiş hərəkətlərinin dayandırılması üçün beynəlxalq ictimaiyyəti köməyə çağırıb.
Xəbər verildiyi kimi, Cənubi Osetiya separatçı rejimi elan edib ki, tikanlı məftillər Cənubi Osetiya muxtar vilayətinin SSRİ dövründəki inzibati sərhədindən keçəcək. Bu plan həyata keçsə, Bakı-Supsa neft kəmərinin bir hissəsi Rusiyanın işğalı altında olacaq. Söhbət kəmərin keçdiyi Karapila kəndinin ərazisindən gedir.
“Sərhədlərin demarkasiyası” əməliyyatı ilə Bakı-Supsa kəmərinin təxminən 1600 metrlik hissəsi Rusiyanın nəzarətinə keçə bilər.
Qeyd edək ki, Bakı-Supsa neft kəməri ilə Azərbaycan nefti 1999-cu il, aprelin 17-də ixrac olunmağa başlanıb.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə