Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Havalar yenidən soyuyacaq
Havalar yenidən soyuyacaq
11 Oktyabr 2013 / 16:24 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Ölkə ərazisində bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 14-ü hava yenidən qeyri-sabit keçəcək

Həyat tərzi Ölkə ərazisində bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 14-ü axşamdan hava yenidən qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyri-sabit hava şəraiti oktyabrın 16-sı gündüzə kimi davam edəcək. Həmin müddətdə havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə enəcək, rayonlarda şimşək çaxacaq, yağış yağacaq.

Oktyabrın 14-ü axşamdan 16-dək davam edəcək hava şəraiti payız ayı üçün xarakterik sayılır. Həmin müddətdə müşahidə ediləcək hava şəraiti oktyabrın 3-dən 8-dək müşahidə edilən hava şəraiti kimi soyuq olmayacaq.

Bakıda havanın temperaturu hazırda 20-24 dərəcə isti olduğu halda, oktyabrın 14-dən 16-dək maksimal temperatur 16-20 dərəcə olacaq. Rayonlarda isə hazırda havanın temperaturu 20-25 dərəcə isti olduğu halda, oktyabrın 14-dən 16-dək 16-21 dərəcə isti olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə