Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qurban kəsmək vacibdir? – MÜSAHİBƏ
Qurban kəsmək vacibdir? – MÜSAHİBƏ
11 Oktyabr 2013 / 16:07 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

İsmayıl Əhmədov: “Müsəlmanların bu günlərdə bayram əhval ruhiyyəsi yaşaması daha məqsədəuyğundur”

Bir neçə gündən sonra müqəddəs Qurban bayramını qeyd edəcəyik. Dini bayramla bağlı ilahiyyatçı Ismayıl Əhmədovun fikirlərini öyrəndik. O, ANS PRESS-ə müsahibəsində Qurban bayramı ilə bağlı geniş ictimaiyyətin maraqlandırdığı suallara cavab verib:
-İslamda qurban kəsmək məcburidirmi?

– Qurban kəsmək hər bir müsəlmana həcc ziyarətində vacibdir. İstər müsəlman kişi olsun, istərsə qadın həcc ziyarətinə gedibsə, orada qurban kəsməlidir. Çünki qurban həcc ziyarətinin vacib əməllərindən biridir. Hətta orada qurban kəsə bilməyən müsəlmanların üzərinə oruc tutmaq kimi kəffarə düşür ki, bu da şəriət kitablarında öz əksini tapıb. Həcc ziyarətində qurban kəsə bilməyən müsəlman 10 gün müddətində oruc tutmalıdır. Amma qeyri zəvvarlara gələndə isə, qurban kəsmək onlar üçün o zaman vacib olur ki, onlar qurban gününə qədər qurban kəsməyi nəzir ediblər. Həmin şəxslər qurban bayramı günü qurban kəsməlidirlər. Bu halda kəsilən qurban, həqiqi qurban deyil, sədəqə hökmündədir.

– Qurban kəsmək üçün müsəlmanın maddi gəliri minimum nə qədər olmalıdır? Qazanc hansı məbləğdə olduqda qurban kəsmək müsəlman üçün vacib sayılır?

– Elə bir orta göstərici yoxdur. Əgər şəxs özünün və ailəsinin ehtiyacını ödəyə bilirsə, sədəqə vermək, qurban kəsmək imkanı varsa, o qurbanlıq heyvan kəsə bilər. Elə şəxs ola bilər ki, 500 manatla ailəsini təmin edə bilməsin, elə şəxs də ola bilrə ki 300 manatla təmin edə bilsin. Elə bir orta göstəricimiz yoxdur. Əgər təminat normal səviyyədədirsə, kənara da bir qədər pul qoya bilirsə, o pulla sədəqə verə bilirsə, qurban kəsə bilər.

-Hansı heyvanlar qurban kəsilə bilər? Kəsilən qurbanlıq heyvanlar neçə aylıq olmalıdr?

– Həcc ziyarətində olanlar üçün bunları bilmək vacibdir. Onlar Həcc ziyarətində heyvanların cinsiyyəti, yaşını nəzərə alır. Kəsilən heyvan erkək olmalıdır və bir yaşdan yuxarı olmalıdır. Qurbanlıq heyvanın heç bir fiziki qüsuru olmamalıdır və heyvan xəstə olmamalıdır. Qeyri Həcc ziyarətində olanlara bu hökm şamil deyil. Yəni bu şəxslər hətta dişi qoyun da kəsə bilər, bir yaşından az olan heyvanı da kəsə bilər. Əgər kimsə əhd edib ki İsmayıl qurbanı kəsəcəm, Həcc ziyarətində qurbanlıq heyvanlar üçün hansı şərtlər icra olunmalıdırsa, yaxşı olar ki, o şərtlərə əməl eləsin. Qeyri həccdə olanlara bu əməlləri icra etmək vacib deyil.

-Qurban bayramında hansı dini adətlərə riayət eləmək vacibdir?

– Qurban bayramı günü məscidlərdə iki rükət bayram namazı qılınır, hətta bu namaz tək də qılına bilər. Amma kütlə halında məscidlərdə qılınması daha yaxşıdır. Ehsan vermək və sədəqə vermək çox gözəl ənənədir. Amma bir sıra haram əməllər də var ki, onları etmək olmaz. Məsələn, qurban bayramı günündə oruc tutmaq olmaz. Həcc ziyarətindən sonra ənənə şəklində bəzi əməllər icra olunur, onunla da ziyarət başa çatdırılır. Amma Həccdə olmayan şəxslərə bu günlərdə bayram əhval ruhiyyəsi yaşaması daha məqsədəuyğundur. Küsülülərin barışdırılması, ehtiyacı olan insanlara maddi və mənəvi dəstək olmaq və sairə.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə