Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hafiz Hacıyev ATƏT-ə “qan uddurajax…”
Hafiz Hacıyev ATƏT-ə “qan uddurajax…”
11 Oktyabr 2013 / 16:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ilkin rəyinin ədalətli keçirilən seçki prosesinə kölgə saldığını bildirib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, H.Hacıyev ATƏT DTİHB-in müşahidə missiyasının rəyinə etiraz olaraq bəyanat verib.

Bəyanatda bildirlir ki, oktyabrın 9-u Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin rəyi tamamilə qərəzlidir və Azərbaycana düşmən olan ölkələrin və qüvvələrin marağını təmin etməkdən ötrü hazırlanıb: “Seçkini müşahidə edən  bir çox dövlətlərin və qurumların müşahidə missiyaları seçkinin ədalətli demokratik və azad keçirildiyini və heç bir saxtalaşdırma olmadığını elə həmin gün bəyan ediblər”.

H.Hacıyev daha sonra əlavə edib ki, bu müşahidə missiyasının seçkilərin nəticəsi ilə bağlı hazırladığı açıqlama hər hansı ciddi faktlara deyil, müxalif qüvvələrin yaydığı yalan məlumatlara əsaslanır: “Həmin açıqlamada Azərbaycan xalqının seçiminə sayğısızlıq yer alıb və bu, Azərbaycan seçicisinə təhqirdən başqa bir şey deyildir”.

Partiya sədri ATƏT-lə əməkdaşlıq məsələsinin yenidən nəzərdən keçirilməsinin lazım olduğunu bildirib: “Dağlıq Qarabağın həlli istiqamətində yaxşı olardı ki, real iş görsün, nəinki Azərbaycan xalqınınn seçiminə zidd mövqe bildirsin. Mən Azərbaycana qarşı qərəzli siyasət yürüdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığina son verilməsini tələb edirəm və bəyan edirəm ki, bu qurum bu cür mövqeyini dəyişməsə ölkədən çıxarılması üçün bütün mümkün imkanlardan istifadə edəcəm”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə