Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT-in seçki prosesinə dəvət edilməsi sual altına düşdü
ATƏT-in seçki prosesinə dəvət edilməsi sual altına düşdü
11 Oktyabr 2013 / 17:06 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ATƏT-in missiyasının və ABŞ hökumətinin Azərbaycanda keçirilmiş prezident seçkisinə münasibəti ilə bağlı açıqlama verib.  AzərTAc-ın müxbirinə danışan Novruz Məmmədov deyib ki, ABŞ Dövlət Departamentinin 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkisinə dair mövqeyi ədalətli deyil və reallığı əks etdirmir: “Bu mövqe onu göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ABŞ-la birlikdə demokratiya və insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək ondan özünün istədiyi formada istifadə edir. Lakin artıq aydındır ki, demokratiya və insan haqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarla nümunə göstərmək olar.
Azərbaycanda keçirilmiş prezident seçkisi digər ölkələrdəki seçkilərin heç birindən geri qalmır, hətta bir çox parametrlərinə görə irəlidədir. Bir sıra digər ölkələrdə ciddi qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT-in verdiyi subyektiv qiymətləndirmə fonunda onların bu qərəzli mövqeyi təəccüb və heyrət doğurur.
Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər. Maraqlıdır ki, 98 ölkə və 48 beynəlxalq təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o cümlədən AŞPA, Avropa Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, TürkPA-nın müşahidə missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin əksəriyyəti seçki haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb”.
Novruz Məmmədov qeyd edib ki, tez-tez müxtəlif ölkələrin onların qarşısında öhdəliklərindən danışan ATƏT və ABŞ-ın da Azərbaycan qarşısında öhdəliklərinin olduğunu unutmaq lazım deyil: “Lakin onlar bu öhdəlikləri yerinə yetirmək üçün indiyədək heç bir addım atmayıblar və bu barədə heç düşünmürlər. Təəssüflər olsun ki, belə münasibət ATƏT-in bundan sonra keçiriləcək seçki prosesinə dəvət edilməsinin məqsədəuyğunluğunu sual altında qoyur”
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə