Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

4 deputat ATƏT PA-nın sessiyasına gedir
4 deputat ATƏT PA-nın sessiyasına gedir
11 Oktyabr 2013 / 17:26 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün oktyabrın 12-dən 16-dək Monteneqronun Budva şəhərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər.

Sessiya çərçivəsində ATƏT Parlament Assambleyasının Aralıq Dənizi Forumu və “Transmilli təhdidlər və insan hüquqlarının müdafiə olunmasında ATƏT-in rolu” mövzusunda parlament konfransı keçiriləcək.

Bu tədbirlərdə Aralıq Dənizi regionu: sivilizasiyaların ittifaqı, Suriyada vəziyyət, ATƏT məkanında terrorizmə və transmilli təhdidlərə qarşı mübarizə və insan hüquqlarına riayət olunması, təhlükəsizlik sahəsində maliyyə böhranının nəticələri, müxtəlif cəmiyyətlərin inteqrasiyası və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Sessiya ərzində Assambleya Bürosunun və Daimi Komitəsinin də iclasları keçiriləcək.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə