Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavatın qərargahı söküləcək? – YENİLƏNİB
Müsavatın qərargahı söküləcək? – YENİLƏNİB
12 Oktyabr 2013 / 11:48 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Müsavat Partiyası əndişə içindədir. Buna səbəb partiyanın qərargahı ilə bağlı yarana biləcək problemdir.

Teleqraf.com-un yaydığı xəbərdə bildirilir ki, artıq bu barədə Müsavat Partiyasının dəhlizlərində müəyyən söhbətlər gedir. İş ondadır ki, Müsavatın qərargahının yerləşdiyi ərazinin arxa hissəsində və sol tərəfindən yeni binalar tikilib. Yeni tikililərdən biri qərargahın 10 metrliyindədir.

İddialara görə, yaxın bir neçə ayda partiyanın yerləşdiyi bina söküləcək, onun yerində də yeni bina tikiləcək. Müsavatçıların əndişəsi onunla bağlıdır ki, bina söküləcəyi təqdirdə, onlara şəhərdən bir qədər də aralıda olan yer qərargah kimi təklif edilsin.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Hafta.az-a açıqlamasında partiya qərargahının sökülməsi və yerində başqa bir “obyekt”in tikilməsi haqda danışıb:

“Müsavat Partiyası qərargahının sökülməsi və yerində göydələnin tikilməsi haqda nə rəsmi, nə də qeyri-rəsmi məlumat yoxdu. Sadəcə, qərargahın yerləşdiyi binanın yanxınlığında yeni bina tikilir. Həmin binanın da hansı məqsədlə tikildiyi haqda məlumat yoxdu. Tikilən binanın partiyanın yerləşdiyi qərargaha heç bir aidiyyatı yoxdu”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə