Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yezidin şeirləri Azərbaycan dərsliklərində
Yezidin şeirləri Azərbaycan dərsliklərində
12 Oktyabr 2013 / 10:56 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

“Məmur niyə qudurur?” (“Azadlıq” qəzeti 02 oktyabr, 2013) başlıqlı köşə yazısında Natiq Güləhmədoğlu Bakı Dövlət Universitetində Müaviyyənin oğlu Yezidin şeirlərinin tədris materialı olduğunu qeyd edib.

arxiv.bizimxeber.az bildirir ki, məlumat maraq doğurduğundan “Azadlıq” araşdırma aparıb və bəlli olub ki, məlumat kifayət qədər əsaslıdır. Belə ki, bu məlumatın sübutu kimi V. İvanov və Y. Gladkovanın müəllifləri olduğu “Fars dili dərsliyi. 2-ci hissə” kitabının skan olunmuş səhifələrində (20-ci səhifə) Yezidin “Ey saqi! Ağzınacan doldur badəmi!” adlı şeiri verilib.

Növbəti səhifədə isə şeirin şərhində yazılıb: “Birinci misra ərəbcədir. Bu ərəb şairi Yezid ibn Müaviyənin şeirindən iqtibasdır. Ərəb qəzəlinin ikinci hissəsi qəzəlin sonunda yerləşir.” Nəzərə alsaq ki, ərəb ədəbiyyatında Yezid ibn Müaviyə adında ikinci şair olmayıb, söhbətin məhz İmam Hüseynin qatilindən getdiyi aydın olur.

Kərbəla faciəsinin baiskarı Yezid ibn Müaviyə diktator olmaqla yanaşı həm də şair idi. Onun şeirlərinin əksəriyyəti şərabxorluğu, arvadbazlığı, qumar aludəçiliyini və digər heyvani xislətləri təbliğ edir. Hz. Məhəmmədin peyğəmbərliyini inkar edən “Leibət Həşimun bilmülki, Fə la xəbərun cae və la vəhyun nazil” (“Bəni Həşim qəbiləsi səltənət ilə oynayıb, Belə isə nə bir xəbər gəlib, nə bir vəhy nazil olub”) şeiri də məhz Yezidin qələminə məxsusdur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə