Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şura bu gün mitinq keçirəcək
Milli Şura bu gün mitinq keçirəcək
12 Oktyabr 2013 / 11:21 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Bu gün saat 16:00-da Yasamal rayonu Sağlamlıq-İdman Kompleksinin stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) Milli Şuranın təşkilatçılığı ilə mitinq keçiriləcək.

arxiv.bizimxeber.az-ın məlumatına görə, seçkilərin saxtalaşdırılmasına etiraz məqsədilə keçiriləcək mitinqə Bakı Şəhər İcra Hakimiyyəti rəsmi razılıq verib. Mitinqdə Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənli çıxış edəcək.

Mitinqdə  “Seçkinin nəticələri ləğv olunsun” “ Yeni seçkilər keçirilsin”  “Səslər düzgün hesablansın” və.s kimi şüarlar səsləndirilicək.

Mitinqlə bağlı Bakı Şəhər BPİ və Bakı Şəhər  Prokurorluğu əhaliyə xəbər darlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev  qeyd edib ki, toplantının keçirilməsi zamanı «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaq: “Belə hərəkətlər Azərbaycan Respublikası CM-nin 169 (toplantıları keçirmə qaydasını pozma), 220 (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaratdığı nəzərinizə çatdırılır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə