Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AXCP yeni qərargaha köçdü
AXCP yeni qərargaha köçdü
12 Oktyabr 2013 / 11:24 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) yeni ofisə köçüb.

Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov AXCP-nin əvvəllər Açıq Cəmiyyət Partiyasının ofisi kimi tanınan mülkin sahibi ilə icarə müqaviləsi bağladığını açıqlayıb. Sözügedən mülkün sahibi hazırda xaricdə yaşayır.

Artıq AXCP-nin mərkəzi qərargahı həmin mülkdə – Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında fəaliyyətə başlayıb.

AXCP 2006-cı ilin noyabrından qərargahsız qalmışdı. O vaxt partiya Xaqani küçəsi, 33 ünvanındakı qərargahından 1 saylı İqtisad Məhkəməsinin qərarıyla çıxarılmışdı. Hökumət partiyaya Keşlə qəsəbəsində yer ayırsa da, AXCP həmin ünvanın tam yararsız olduğunu bildirərək bu varianta razılaşmamışdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə