Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İşğal olunan7 rayonun geri qaytarılmasına vaxt qoyuldu
İşğal olunan7 rayonun geri qaytarılmasına vaxt qoyuldu
12 Oktyabr 2013 / 12:47 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Yaxın zamanlarda Dağlıq Qarabağın ətraf rayonları geri qayıdacaq və azərbaycanlı icma üzvləri öz evlərinə qayıdacaqlar”. Bunu açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, ermənilər birmənalı şəkildə bilir ki, Dağlıq Qarabağ ətrafında olan rayonlar tezliklə geri qayıtmalıdır və azərbaycanlı icması ora köçməlidir: “Bu isə yaxın zamanlarda baş tutacaq. Bu məsələ gündəmdədir və hər an baş tuta bilər. Nə qədər ki, Heydər Əliyev siyasətini yaşadan prezident İlham Əliyev var, Azərbaycanın ərazi bütövlüyü daha tez təmin olunacaq”.

Ermənistan tərəfinin Dağlıq Qarabağ ətrafı 7 rayonun Azərbaycana pul müqabilində satılması barədə səsləndirdiyi təklifə də toxunan deputat söyləyib: “Mən inanmıram ki, ermənilər pul ilə nə isə etsinlər. Bu, ciddi söhbət deyil. Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır və gec-tez ölkəmizin ərazi bütövlüyü birmənalı şəkildə təmin olunacaq. Erməni tərəfinin nə söyləməsindən asılı olmayaraq belə bir məsələ gündəmdə deyil”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə