Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AMİ Mİngəçevir filialı barədə şok iddia
AMİ Mİngəçevir filialı barədə şok iddia
12 Oktyabr 2013 / 13:38 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Rektor Aqiyə Naxçıvanlı isə deyilənləri təkzib edir

Azərbaycan Müəllimlər İnstitutun Mİngəçevir filialında baş verənlərlə bağlı Moderator.az saytına maraqlı məlumat daxil olub. Şəhərdəki məlumatlı mənbələrimizin verdikləri informasiyaya görə, guya AMİ-nin Mİngəçevir filialının direktor kreslosu hərraca çıxarılaraq 200 min manata satılıb. Hərracın qalibi isə Mİngəçevir Politexnik İnstitutun riyaziyyat kafedrasının müdiri Sahib Mustafayev olub. Ancaq hələlik filialın direktoru səlahiyyətlərini AMİ-nin riyaziyyat kafedrasının müdiri Rasim Şükürov icra edir. Mənbə deyir ki, son vaxtlar şəhər əhalisi 9 oktyabr seçkisindən daha çox filiala kimin direktor keçəcəyiylə bağlı müzakirələr aparırmış və bu post uğrunda iddialıların sayı da heç prezidentliyə namizədlərdən az deyilmiş. Namizədlər arasında Mingəçevir şəhər liseyinin direktoru 65 yaşlı Mayıl İsmayılov, Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun adı daha şanslılar siyahısındaymış.

Mənbə iddia edir ki, filialın keçmiş direktoru Orucəli Rzayev bir müddət öncə yerini Mİngəçevirdən Zaqatalaya dəyişəndə də həmin Sahib Məmmədov onun boş qalmış kreslosunu tutmaq üçün xeyli enerji sərf edibmiş, lakin naməlum səbəbdən ona deyil, filialın direktor müavini Xatirə Həsənovaya etimad göstərilərək direktor səlahiyyətlərinin icrası son günlərədək ona həvalə edilib. Ancaq hamının başı seçkilərə qarışdığı bir vaxtda AMİ rektoru, deputat Aqiyə Naxçıvanlı gözlənilmədən oktyabrın 7-də Mİngəçevirə təşrif buyuraraq filialda iclas keçirmiş, özü ilə Bakıdan gətirdiyi Rasim Şükürovu Təhsil Nazirliyində təsdiq edilmiş direktor kimi kollektivə təqdim edib. Aqiyə Naxçıvanlı bildirib ki, filialla bağlı Prezident Administrasiyasına və digər qurumlara çoxsaylı şikayətlər daxil olub və bundan sonra belə qənaətə gəlib ki, direktoru kollektivin içərisindən yox, kənardan gətirsin. İddialara görə Aqiyə xanım kollektivin ərizəbaz üzvlərinə təpinərək “kimə yazsanız da məktubu mənə göndərirlər, Bakıdan gəlib sizə dərs saatı verəcəklər?”

Diqqətçəkən bir məqam da son günlərədək filial direktoru vəzifəsini icra edən Xatirə Həsənovanın bu təyinata dəstək göstərməsi, ən azı buna qarşı çıxmamasıdır. Maraqlıdır, əvvəllər “qan-qan” deyən və adı dildən-dilə düşən bu təhsil ocağındakı pozuntuları axtarıb günahkarları cəzalandıracağını söz verən Xatirə Həsənova öz təşəbbüsü ilə filialda aparılan audit yoxlamasının nəticəsində niyə “susmaq qızıldır” prinsipini rəhbər tutdu? Yoxsa cəzalandırmağa adam tapa bilmədi və ya bunu bacarmadı? Olmaya susduğuna görə yeni təyinatdan ona da pay düşdü? Mənbəmiz and-aman edir ki, auditin qızğın vaxtında keçmiş filial direktorunun fəaliyyətinə dair çoxsaylı nöqsanlar üzə çıxmağa başlayanda Orucəli Rzayev Xatirə Həsənovaya minnətçi düşüb, ona kifayət qədər böyük məbləğ təklif edərək çox “dərinə getməməsini” xahiş edib. Əlbəttə, ortada sövdələşmənin baş tutub-tutmadığını sübut edəcək fakt olmadığından birmənalı fikir söyləmək çətin olsa da iclasların birində kollektiv qarşısında çıxış edərək saxtakarlara, qanunsuzluqlar törədənlərə qarşı amansız mübarizə aparacağını vəd verən Xatirə Həsənovanın birdən-birə susması və bu azmış kimi əslində zərurət olmadığı halda öz ərizəsi ilə direktor səlahiyyətlərin icraçılığından imtina etməsi onu iddia etməyə əsas verir ki, ortada xeyli qaranlıq məqamlar var.

Mövzu ilə bağlı AMİ rektoru Aqiyə Naxçıvanlının özüylə əlaqə saxladıq.Moderator.az-a açıqlamasında Aqiyə xanım bildirdi ki, doğrudan da oktyabrın 7-də Mingəçevirdə olub və AMİ-nin kafedra müdiri, dossent Rasim Şükürovu  kollektivə təqdim edib: “Bəli, biz Təhsil Nazirliyinin razılığı ilə seçki ərəfəsində ora direktor təyin etdik.”

Aqiyə xanımdan nazirliyin Rasim Şükürovla bağlı əmr verib-vermədiyini soruşduq. Rektor bildirdi ki, nazirlik artıq əmr hazırlayıb: “O vaxt mən həmin zonada idim və Oğuzdan Mİngəçevirə, ordan da Ağcabədiyə gedirdim, Mİngəçevirdə olanda da Rasim Şükürovu təqdim etdim.”

Rektor AMİ-nin Mingəçevir filialında Sahib Mustafayev adlı birinin nəinki direktor vəzifəsini icra etmədiyini, belə bir adamı tanımadığını da bildirdi: “Rasim Şükürov təyin olunub və o da hal-hazırda işləyir.”

Xatirə Həsənov isə çoxsaylı zənglərimizə cavab vermədi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə