Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəmil Həsənli Müsavata başqan gətirilir?
Cəmil Həsənli Müsavata başqan gətirilir?
12 Oktyabr 2013 / 13:31 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Cəmil Həsənlinin debatlardakı və mitinqlərdəki çıxışlarının 9 oktyabr seçkilərinin ən yaddaqalan məqamlarından olduğunu hamı etiraf etməkdədir. Üstəlik, Cəmil Həsənlinin seçkilərdən sonra da bu hərəkatın önündə olacağını bəyan etməsi, ölkədə demokratiya bərqərar olunanadək bu mübarizənin lokomotivi olacağını, bu yolda şəhid olmağa belə hazır olduğunu söyləməsi onu müxalifət düşərgəsi üçün ən cəlbedici personaya çevirib.

Moderator.az-a məlumat sızdıran mənbə isə Cəmil Həsənlinin tezliklə başqa bir statusda da zühur edə biləcəyi ehtimalından bəhs edib. Bildirilir ki, ilin sonunda keçiriləcək Müsavat Partiyasının qurultayında Məmmədəmin Rəsulzadə-Əbülfəz Elçibəy ideyalarının yeganə birləşdirici fiquru olan, son günlər AXC və Müsavat partiyalarının hər bir üzvünün rəğbətini qazanan Cəmil Həsənlinin Müsavata başqan gətirilməsi üçün artıq düyməyə basılıb. Üstəlik, bu təşəbbüsün Xalq Partiyasının sədri Pənah Hüseyndən gəldiyi də iddialar arasındadır və bu ideyanı dəstəkləyənlərin sayı günbəgün artır. Əsas hədəf isə ən azı 2015-ci ilin parlament seçkilərinədək Müsavat və AXCP- nin bir bayraq altında birləşdirilməsidir.

İddialara görə, tezliklə Milli Şuranın sessiyasının keçirilməsi və Rüstəm İbrahimbəyovun yerinə Cəmil Həsənlinin Milli Şuraya sədr gətirilməsi ideyasına tarixçi professor kəskin etirazını bildirib və gələcəkdə də Rüstəm İbrahimbəyovun beynəlxalq nüfuzundan istifadə edilməsinin daha faydalı olacağını dilə gətirərək bu ideyanı “beşikdəcə boğub”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə