Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şuradan MSK-ya rəsmi müraciət
Milli Şuradan MSK-ya rəsmi müraciət
12 Oktyabr 2013 / 13:57 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

9 oktyabr 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış prezidentliyə namizəd Həsənli Cəmil Poladxan oğlunun səlahiyyətli nümayəndəsi Gülağa Qulam oğlu Aslanlı tərəfindən Mərkəzi Seçki Komissiyasına şikayət göndərilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, şikayətdə bildirilir ki, 9 oktyabr 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə, səslərin sayılması və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərində Seçki Məcəlləsinin seçkilərin nəticələrinə ciddi təsir göstərən qanun pozuntuları baş verib.

“Bu qanun pozuntuları Seçki Məcəlləsinin 11-1.-ci, 40-cı, 104.11.-ci, 104.11-ci, 104.13-cü, 104.14-cü 106-cı və 107-ci və digər müvafiq maddələrinin tələblərinin kobud pozulması halları ilə bağlı olub, müşahidə aparılan seçki dairələrinin və seçki mıəntəqələrinin 90 faizindən çoxunda aşkar olunan pozuntular xaraktercə seçki komissiyalarının işinə yerli hakimiyyət orqanları tərəfindən müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, müşahidəçilərin, namizədin səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin hüquqlarının pozulmasındanvə s.-dən ibarət olmuşdur. Həmin qanun pozuntuları müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr və məşvərətçi səs hüquqlu komissiya üzvləri tərəfindən aktlaşdırılıb.

Qeyd edək ki, bu cür qanun pozuntuları digər seçki dairələrinin seçki məntəqələrində də baş verib. Seçki Məcəlləsinin 26.3.1.-ci maddəsinə görə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir. Həmin Məcəllənin 114.4.-cü maddəsinə görə Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.

Yuxarıdakıları nəzərə alaraq Seçki Məcəlləsinin 112-ci maddəsini əsas tutaraq xahiş edirəm:

1.   9 oktyabr 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qanun pozuntularına yol verilmiş seçki dairələrinin seçki məntəqələrində seçkilərin nəticələrini ləğv edəsiniz.

2. Baş vermiş qanun pozuntularında cinayət xarakterli əməllər olduğundan müvafiq tədbir görülməsi üçün prokurorluğa müraciət edəsiniz”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə