Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şirkət işçiləri qəzaya düşdü: ölən və yaralananlar var
Şirkət işçiləri qəzaya düşdü: ölən və yaralananlar var
14 Oktyabr 2013 / 11:15 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Qəzaya düşənlər Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun inşasını aparan tikinti şirkətinin işçiləridir.

Cənub TV-nin verdiyi xəbərə görə, hadisə ötən gün İmişli-Qaradonlu avtomobil şossesinin 8-ci km-də, rayonun Çahar kəndindən keçən hissəsində qeydə alınıb. Naxçıvan sakini, 32 yaşlı Elnur Hacıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb.

Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər – Neftçala sakinləri – 26 yaşlı Ülvi İsayev və 24 yaşlı Əkbər Miriyev müxtəlif dərəcli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib. Qeyd edək ki, qəzaya uğrayanlar Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun tikintisini aparan “Kolin” şirkətinin işçiləridir. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə