Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

VİP seçkinin nəticələrini tanımadı
VİP seçkinin nəticələrini tanımadı
14 Oktyabr 2013 / 11:29 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. İclasda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri müzakirə olunub və partiyanın seçki prosesinin gedişatı və yekununa dair mövqeyi ifadə olunub.

partiyadan arxiv.bizimxeber.az-a verilən məlumata görə, toplantıda çıxış edən VİP sədri Əli Əliyev prezident seçkilərinin rəsmi startı ərəfəsində mövcud olan durumu, seçkilərin ilkin və növbəti mərhələlərində cərəyan etmiş prosesləri, hakimiyyət və müxalifətin digər cinahlarının davranışlarını geniş təhlil edib.

Müzakirələrdə VİP sədri Ə.Əliyevin namizədliyinin qeydiyyatından imtina edilməsini hakimiyyətin nəzarətində olmayan konkret siyasətçi və partiyanın seçkidə iştirakında maraqlı olmamasının təsdiqi kimi qiymətləndirilib.

İclasın yekununda VİP-in 9 oktyabr seçkilərinə münasibətini ifadə edən bəyanat qəbul olunub.

Bəyanatda bildirilir ki, partiya seçki prosesinin kütləvi qanun pozuntuları şəraitində keçirildiyini, onun yekununun millətin iradəsini ifadə etmədiyini əsas götürərək, seçkilərin nəticələrini legitim saymadığını və tanımadığnı bəyan edir.

Eyni zamanda, VİP prezident seçkilərinin nəticələrinə dair obyektiv rəy vermiş yerli və xarici müşahidə missiyalarının bəyan etdikləri mövqeni tam dəstəkləyir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə