Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Frenk Elkaponi əvvəlki adına qayıdır
Frenk Elkaponi əvvəlki adına qayıdır
14 Oktyabr 2013 / 11:48 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Tanınmış azərbaycanlı iş adamı Frenk Elkaponi rəsmən öz ləqəbindən imtina edib. Bununla bağlı o, vətəndaşı olduğu Rusiya və İtaliya rəsmi dairələrinə ərizə ilə müraciət ünvanlayıb. Bundan sonra iş adamı əvvəlki ad və soyadını daşıyacaq – Füzuli Məmmədov.

Hazırda Füzuli Məmmədov Rusiya və İtaliya vətəndaşıdır. Hər iki ölkədə biznes işi ilə məşğul olan Füzuli Məmmədovun yaxınları Modern.az saytına məlumatı təsdiqləyiblər. Füzuli Məmmədovun özü ilə isə əlaqə yaratmaq cəhdi alınmayıb.

Qeyd edək ki, “İntersever” şirkətlər qrupunun rəhbəri F.Məmmədov 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov 1989-ci ildən “İnterserver” şirkərinin prezidenti vəzifəsində çalışır. F.Məmmədovun Rusiyanın bir sıra şəhərlərində və xaricdə “Frenk Fond”u fəaliyyət göstərir.

Rusiyada hüquqşünas və iqtisadçı ali təhsili alan Füzuli Məmmədov siyasi elmlər namizədidir. İki övladı var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə