Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şuranın üzvü: “Milli Şura özünü buraxmalıdır”`
Milli Şuranın üzvü: “Milli Şura özünü buraxmalıdır”`
14 Oktyabr 2013 / 14:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Milli Şura seçki ərəfəsində vaxtdan səmərəli istifadə etmədisə, seçkidə normal qaydada iştirak etmədisə, seçkidə uğur qazanmadısa, onun fəaliyyət göstərib-göstərməməsi heç bir şeyi dəyişmir. Eyni zamanda Milli Şura seçkiyə hesablanmış bir qurum olduğu üçün, qanunauyğun olaraq, özünü buraxmalıdır”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva prezident seçkilərində Cəmil Həsənlinin məğlubiyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hələ Cəmil Həsənli Milli Şuranın namizədi kimi irəli sürüləndə qurumun seçkilərdə uğur qazanmayacağı bəlli olub: “Cəmil Həsənli Milli Şuranın namizədi kimi irəli sürülən zaman mən də, partiyanın lideri Rəsul Quliyev də buna etiraz etdi. Çünki kifayət qədər siyasi tanıtımı olmayan bir adamın müxalifətin lideri kimi seçilməsi və onunla seçkiyə getmək kökündən yanlış idi. Bizim nə Cəmil Həsənli, nə də Milli Şura ilə hər hansı qərəzimiz yox idi. Sadəcə olaraq, siyasi proqnoz verərək bildirirdik ki, Cəmil Həsənli ilə seçkiyə getmək düzgün deyil. Sonda nə qədər bizim fikirlərimizin əleyhinə getsələr də, tənqid olunsaq da, bu fikrimizdə qaldıq və hesab edirəm ki, bizim proqnozlarımız özünü doğrultdu. Seçkidən sonra bunlar isbat olundu”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə