Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmayıllıdan qovulan icra başçısı danışdı
İsmayıllıdan qovulan icra başçısı danışdı
14 Oktyabr 2013 / 15:01 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Nizami Ələkbərov: “Hesab etmirəm ki, karyeram bitib” 

İsmayıllı hadisələrindən sonra rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Nizami Ələkbərov oktyabrın 14-də “Media forum” saytının suallarını cavablandırıb.

– Hazırda harada işləyirsiniz?

– İndi əsasən istirahət edirəm. Eyni zamanda “İmprotex” şirkətində çalışıram. “İmprotex”in törəmə şirkəti var, ona rəhbərlik edirəm. İcra başçısı təyin olunmamışdan əvvəl də orada işləyirdim.

– Mətbuatda belə bir informasiya yayılıb ki, Milli Təhlükəsizlik Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunmusunuz.

– MTN-də şöbə müdiri vəzifəsinə təyin olduğum haqda məlumatı mətbuatdan oxudum. Mənə də təəccüblü gəldi. Çünki belə bir təyinat yoxdur. Bu məlumat həqiqətə uyğun deyil.

– Əgər təyinat olmayıbsa, Sizcə, niyə belə məlumat yayılıb? MTN-də işətəyin olunmağınız üçün hər hansı müzakirəniz, Sizə təklif olubmu?

– Belə məlumatın haradan qaynaqlandığını və məlumatı kimlərin yaydığını şərh edə bilmərəm. Bundan xəbərim yoxdur. Amma belə bir təyinatla bağlı hər hansı təklif, müzakirə qətiyyən olmayıb.

– Əvvəllər xüsusi xidmət orqanlarında işləmisiniz?

– Xeyr. Amma hüquq-mühafizə orqanlarında işləmişəm.

– Bir təklif gözləyirsinizmi, yoxsa İsmayıllı hadisələri karyeranıza son qoyub?

– Hesab etmirəm ki, karyeram bitib. Mən hər zaman dövlətə, cənab prezidentə sadiq olmuşam, yaxşı işləmək, verilən tapşırıqları, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün əlimdən gələni etmişəm. Müxtəlif sahələrdə təcrübəm də var. Güman edirəm ki, hansısa sahədə dövlətə lazım ola bilərəm. İnşallah, belə olar.

– İsmayıllı hadisələrinə görə yaxın günlərdə məhkəmə başlayacaq. Sizi məhkəməyə dəvət ediblər?

– İsmayıllı hadisələrinə görə açılan cinayət işində tərəf kimi keçmirəm. Nə zərərçəkənəm, nə də iddiaçı. Ona görə də məhkəməyə dəvət olunmamışam.

– İstintaqa ifadə vermisiniz?

– İstintaqa ifadə vermişəm. Məni şahid qismində dəvət etdilər, ifadə aldılar. Hadisələr zamanı oğlumun adına olan əmlaka zərər dəyib və istintaq oğlumu zərərçəkən şəxs kimi tanıyıb. Lakin oğlumun heç bir tələbi yoxdur. Hadisədir, olub və bizim günahlandırılan şəxslərdən heç bir maddi və digər tələbimiz yoxdur.

– İsmayıllı hadisələrindən on ay ötür. Yəqin ki, bu müddətdə prosesləri dəvələrlə təhlil etmisiniz. Hadisələrə ilk günlər verdiyiniz qiymətlə indiki yanaşmanız arasında bir fərq varmı? Əslində rayonda nə baş vermişdi?

– İsmayıllıda baş verənlər adi bir yol-nəqliyyat hadisəsinə görə yaranmışdı. Emosiyalar coşdu-daşdı və belə xoşagəlməz nəticələrə gətirib çıxardı. Orda heç bir siyasi məqam, amil olmayıb.

“Media forum” saytının arayışı: Yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

İsmayıllı olaylarına görə 20 nəfərədək şəxs həbsdədir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə