Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandan Zori Balayanın məktubuna cavab
Azərbaycandan Zori Balayanın məktubuna cavab
14 Oktyabr 2013 / 15:08 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezident Adminstrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Zori Balayanın Ermənistan KİV-də yayılmış Rusiya prezidenti Vladimir Putinə yazdığı açıq məktubuna münasibət bildirib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Elnur Aslanov məktubu belə şərh edib:

“Zori Balayanın Rusiya prezidentinə məktub yazmaq vaxtı deyil, dəlixanada palatasının divarlarında şəkil çəkmək vaxtı çoxdan gəlib çatıb.

Zori Balayanın növbəti əxlaqsız və xəstə təxəyyülünün daha bir sayıqlamasını şərh etmək çətindir. Birinci ona görə ki, bu əqidəsinə görə onunla mübahisə etmək, onun kimi kəmağıllılıq səviyyəsində düşmək deməkdir.

İkincisi, “Türkmənçay” və “Gülüstan” müqavilələri vaxtına gedib çıxan heç nədən paralel tarix yaratmaq, dinc sakinlərə, günahsız qadın və uşaqların qətlinə haqq qazandıran belə bir absurd cəfəngiyyata- erməni Zori Balayan kimi qudurğan millətçilərdən başqa heç kim inanmır.

Üçüncüsü özünün bu məktubunda Zori Balayan bütün dünya tərəfindən qəbul edilmiş Xocalı soyqırımı faktını gizlədərək tarixi faktları təhrif etməyə çalışıb. Bu cəfəngiyyatın fərsizliyini bir kənara qoyaraq Zori Balayanın cəfəngiyyatlarına inanan bütün erməni millətçilərinə onun Monte Melkonyan-Markar Melkonyan qardaşlarının “Mənim qardaşlarımın yolu: amerikalıların Ermənistana həlledici yürüşü” kitabı ilə tanış olmağı məsləhət görmək olar. Bu kitabda açıq-aydın erməni faşistliyi, dinc Azərbaycan sakinlərinə qarşı vəhşilik təsvir edilib.

Dördüncüsü, baxmayaraq ki, Zori Balayan bu barədə bilir, bu cəfəngiyyata kiminsə inanması, kiminsə bunu ətraflı oxumasını ehtimal etmək sadəlövhlükdür. Təssüfləndirici fakt ondan ibarətdir ki, bu cür cəfəngiyyat istənilən normal insanda ürək bulanması refleksi oyadır.

Hələ mən erməni məktəblərində oxuyan, hannibal nəsli yetişdirən cəfakeş erməni xalqının tarixinə aid olmayan və hər şeyə nifrət bəsləyən alimlərdən danışmıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə