Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ümid”də daha bir istefa
“Ümid”də daha bir istefa
14 Oktyabr 2013 / 16:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ümid Partiyasının daha bir funksioneri istefa verib. Publika.Az xəbər verir ki, partiyanın Sumqayıt şəhər şöbəsinin gənclər təşkilatının sədri Qadir Ağakişiyev istefa verərək “Ümid”in sıralarını tərk edib.

O, bildirib ki, İqbal Ağazadənin seçkiləri tanıması seçicilərə qarşı hörmətsizlikdir: “Baş verənlərdən sonra partiyada fəaliyyət göstərməyim mənasızdır. İqbal Ağazadəyə və keçmiş partiyadaşlarıma uğurlar arzulayıram”.

Qeyd edək ki, bu, Ümid Partiyasından birinci istefa deyil. Seçkidən bir gün sonra-10 oktyabrdan başlayaraq İqbal Ağazadənin iki müavini Aynur İmranova və Ruslan İzzətli istefa verdi. Onların ardınca “Ümid” gənclər birliyinin sədri Elvin Camalov İqbal Ağazadəni tərk etdi. O, Publika.Az-a istefası ilə bağlı danışarkən bildirdi ki, partiyanı təkcə o deyil, bütün gənclər təşkilatı birlikdə tərk edirlər. Bununla yanaşı, təsdiqlənməsə belə partiyanın bir sıra rayon təşkilatından da istefaların olduğu barədə məlumatlar ortaya çıxdı. Qeyd edək ki, məlumatlara görə, bu istefaların sonu deyil, “Ümid”dən yeni şəxslərin də ayrılacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə