Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırıq”
“Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırıq”
15 Oktyabr 2013 / 13:13 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Səfirlik mövqeyində israr edərsə Müdafiə Nazirliyi faktı təqdim edə bilər

Oktyabrın 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb: “Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır”.

Müdafiə Nazirliyinin mətbuat xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə