Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qardaşı bıçaqlanan bacı binadan özünü atdı
Qardaşı bıçaqlanan bacı binadan özünü atdı
15 Oktyabr 2013 / 13:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Hadisə Mingəçevirdə, Nəcəf Bəy Vəzirov küçəsinin yaxınlığında bıçaqlanma hadisəsi qeydə alınıb. arxiv.bizimxeber.az-ın “Kanal S”ə istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində “Yeni həyat” qəsəbəsində məskunlaşan məcburi köçkün, Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Quliyev Elsevər Elçin oğlu ailə münaqişəsi zəminində yeznəsi, 1989-cu il təvəllüdlü Elşən Mahir oğlu Mahmudovu kürəyindən bıçaqlayıb.

Elşən Mahmudov sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Quliyev saxlanılıb. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226.1 maddəsi ilə cinayət işi açılıb.

Hadisədən az sonra Mingəçevir şəhər, Nəcəf Bəy Vəzirov küçəsi ev 14 mənzil 9-da daha bir hadisə qeydə alınıb. Elsevərin bacısı, bıçaqlanan Elşən Mahir oğlu Mahmudovun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Quliyeva Ayşən Elçin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində Ayşən Quliyeva kəllə-beyin travması ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə