Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zəvvarlar bu gün şeytanı daşlayacaqlar
Zəvvarlar bu gün şeytanı daşlayacaqlar
16 Oktyabr 2013 / 13:19 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Bu gün zilhiccənin 10-u Qurban bayramı günüdür.

arxiv.bizimxeber.az SalamNews-a istinadən xəbər verir ki, bu gündə Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar qurban kəsməkdən əlavə, şeytanı da daşlayırlar. Bu gün Məkkədə olan hər zəvvar ilahi əməlini Minada şeytanı daşlamaqla başlayır. Şeytanın daşlanması zamanı insanda yaranan vicdani hisslər onun şeytansifət olub-olmamasını önə çəkir və insanda ruhən mənəvi inqilab baş verir. Bu ilahi əməldən sonra hacı həmin Minada öz əmlakının halal hissəsindən qurban kəsməlidir.

Hacılar bu gün digər bir əməli yerinə yetirməlidirlər. Bu əməlin az zaman almasına və zəhmət tələb etməsinə baxmayaraq, böyük mənaya malikdir. Bu əməl baş qırxmaq və ya saçlarını az da olsa kəsdirməkdən ibarətdir. Hacı bu addımla, həyatın zahiri gözəlliklərini Allaha görə tərk etdiyini və onun düşgünü olmadığını göstərir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə