Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Balayanın Putinə məktubunun Azərbaycandakı seçkilərlə nə əlaqəsi var…
Balayanın Putinə məktubunun Azərbaycandakı seçkilərlə nə əlaqəsi var…
17 Oktyabr 2013 / 16:28 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Bədnam erməni yazıçısının Rusiyanı Qarabağa sahib çıxmağa çağıran müraciəti Ermənistanı qarışdırıb; bu məktubun arxasında Kremlin dayandığı deyilir 

Vaxtilə  Qarabağda ermənilərin hüquqlarının pozulduğu haqda SSRİ rəhbərliyinə məktublar yazıb separatçılığı alovlandıran bədnam erməni yazıçısı Zori Balayanın Rusiya prezidentinə məktubu Ermənistanı qarışdırıb.

Virtualaz.org-un  xəbər verdiyi kimi, Balayanın uzun-uzadı, 17 səhifəlik məktubu Gülüstan müqaviləsinin 200 illiyi ilə bağlı yazılmışdı. O, Rusiyanı bu müqaviləyə istinad edərək Qarabağa sahib çıxmağa, prezident Vladimir Putini isə İrəvana gözlənilən səfəri zamanı Qarabağa baş çəkməyə çağırmışdı.

Olduqca ilginc detal budur ki, başı seçkilərə qarışan Azərbaycanda Balayanın bu məktubuna ekspertlər, tarixçilər və rəsmilər, ictimaiyyət səviyyəsində çox az diqqət göstərildi. Ermənistanda isə ictimaiyyət bu məktuba görə qaynamaqdadır və düşmən ölkədə son illərin ən ciddi siyasi-ideolioji qalmaqallarından biri baş verməkdədir.

Xəbər verildiyi kimi, erməni mətbuatında Balayanın adını bu məktuba görə “milli şərəfsiz”, “satqın”, “xain” kimi ifadələrlə anırlar. Digər tərəfdən, məktub ətrafında ciddi təhlillər aparılır və Balayanın məktubu kimin sifarişi ilə yazdığı araşdırılır. Əsas versiya budur ki, məktubun arxasında əslində Kremlı və rəsmi İrəvan dayanır, eyni zamanda bu məktubun Azərbaycandakı prezident seçkiləri ilə bağlılığı var.

“Dünyada elə millət tapmaq çətindir ki, onun “avtoritet” nümayəndəsi götürüb “rus çarına” məktub yazsın və öz millətinin tarix boyu qazandığı ən parlaq qələbəyə sahib çıxmağa çağırsın. Erməni millətindən başqa belə milləti heç yerdə tapmaq mümkün deyil. Onun məktubu erməni ləyaqətini tapdalayır, Qarabağ müharibəsində həlak olan minlərlə adamın ruhunu təhqir edir. Balayan məktubunda Rusiya “çarından” xahiş edir ki, gəlsin və Qarabağda hökmranlıq eləsin” – deyə “Mediamaks” saytının təhlilində bildirilir.

Sayt yazır ki, Balayan əslində bu məktubuna görə üzr istəməlidir. Ancaq o, üzr istəyən deyil və aydındır ki, bu məktub Qarabağ məsələsi ilə bağlı hansısa proseslərdən xəbər verir.

“Görünür, təsadüfi deyil ki, bu məktub Azərbaycandakı prezident seçkilərindən sonra çap olunub. Buna qədər isə maraqlı hadisələr baş vermişdi. Sentyabrın 3-də Ermənistan Gömrük İttifaqına qoşulmaq qərarı verdi. Daha sonra prezident Serj Sərkisyan Fransaya səfər edib prezident Fransua Olandla görüşdü. Fransa isə məlum olduğu kimi Qarabağ prosesində əsas oyunçulardan biridir” – “Mediamaks” belə yazır.

Ermənistanda hesab edirlər ki, belə situasiyada Balayanın məktubu əslində Rusiyanın regionda maraqları olan bütün oyunçulara verdiyi mesaj idi. Belə ki, Rusiya regionda maraqları olan ABŞ və Avropaya “Qarabağa sahib çıxmaq hüququnu” xatırladır. Azərbaycana nümayiş etdirir ki, seçkilərdən sonra üzünü Qərbə çevirməyə dəyməz.

Ermənistanın müxalifətçi İrs Partiyasından deputat Armen Martirosyan isə deyir ki, Ermənistan hakimiyyəti Balayanın məktubuna mütləq reaksiya verməlidir. Əks halda sübut olunacaq ki, bu məktub Ermənistan hakimiyyəti, şəxsən Serj Sərkisyanla razılaşdırılıb.

A.Martirosyanın sözlərinə görə, bu məktub təsadüfi deyil və Qarabağ ətrafında yeni oyunların getməsindən xəbər verir.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə