Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Orxan Zeynalov: “Mən öldürməmişəm”
Orxan Zeynalov: “Mən öldürməmişəm”
17 Oktyabr 2013 / 17:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Rusiya paytaxtında qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəməyə gətirilib. Moskva sakini Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun məhkəməsi başlayıb.

Orxan Zeynalov məhkəmə salonunda özünün polisə verdiyi ilk ifadəsini inkar edib. O, tərcüməçi vasitəsilə hadisəni törətmədiyini bildirib.

“Mən razı deyiləm, mən öldürməmişəm”, – deyə O.Zeynalov tərcüməçi vasitəsilə fikirlərini bildirib. O, məbləği qeyd etmədən pul ilə girov ödəmək müqabilində azad edilməsini istəyib.

Qeyd edək ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.

Xatırladaq ki, Moskvanın Presnenski Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanlarının Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə iddiasına baxılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə