Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Konstitusiya Məhkəməsi sabah təsdiq edəcək
Konstitusiya Məhkəməsi sabah təsdiq edəcək
18 Oktyabr 2013 / 12:21 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanda keçirilən prezident seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq olunması məsələsinə sabah Konstitusiya Məhkəməsində baxılacaq.

Bu barədə arxiv.bizimxeber.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Qeyd edək ki, ötən gün MSK-nın iclasında prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb.

Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.

Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə