Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ABŞ səfirliyinin Müdafiə Nazirliyini “yalançı” çıxarması doğru deyil”
“ABŞ səfirliyinin Müdafiə Nazirliyini “yalançı” çıxarması doğru deyil”
18 Oktyabr 2013 / 15:18 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.

Açıqlamada deyilir: “Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır”.

Azərbaycanın Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov isə sözügedən məsələyə münasibət bildirib.

General-mayor R.Nəcəfov arxiv.bizimxeber.az-a açıqlamasında deyib ki, müdafiə naziri ilə ABŞ səfiri arasında keçirilən görüş özəl olmayıb. Onun sözlərinə görə, həmin görüşdə həm ABŞ, həm də Azərbaycan tərəfindən bir neçə şəxs, o cümlədən KİV üzrə məsul şəxslər iştirak edib. “Bu görüş də bütün görüşlər kimi protokol qaydalarına uyğun olaraq yazılıb, video və foto çəkiliş aparılıb. Səfirin görüşü gizli yazılmayıb, bunu səfir özü də əvvəlcədən bilib. Hətta, səfirliyin əməkdaşı da öz qeydlərini aparıb. Səfir çox yaxşı bilirdi ki, o təkbətək görüş keçirmir. Digər tərəfdən isə ABŞ səfiri ilə keçirilən görüş Müdafiə Nazirliyinin görüş zalında təşkil olunub. Biz il ərzində yüzlərlə bu cür görüş keçiririk və hər bir görüş də protokol qaydalarına uyğun olaraq qeydə alınır və arxivləşdirilir. Bu baxımdan da hesab edirəm ki, ABŞ səfirliyinin Müdafiə Nazirliyini “yalançı” çıxarması doğru deyil”.

Müdafiə Nazirliyinin idarə rəisi görüş zamanı səfir Riçard Morninqstarın söylədiyi fikirlərin təhrif olunub-olunmaması məsələsinə də toxunub. R.Nəcəfov deyib: “Əgər həmin görüş 1 saat çəkibsə, cəmi onun 2 dəqiqəsində seçkilərdən danışılıb. Digər vaxtları isə ancaq ikitərəfli və beynəlxalq əməkdaşlıq, 907-ci düzəliş və sairə məsələlər müzakirə olunub. Hətta, görüş zamanı ABŞ səfiri 907-ci düzəlişin iki ölkə əməkdaşlığına mənfi təsir göstərdiyini və tezliklə bunun ləğvinə tərəfdar olduğunu söyləyib. Bundan əlavə, ABŞ səfiri görüş zamanı Azərbaycanda keçirilən prezident seçkilərindən də danışıb və deyib ki, artıq seçkilər arxada qaldı və ATƏT-in bəzi iradlarına baxmayaraq İlham Əliyev qalibdir. Bu fikri ABŞ səfiri söyləyib və elektron yazısı arxivdə də qalır”.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə