Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusia Azərbaycan mallarına alternativ tapıb? (VİDEO)
Rusia Azərbaycan mallarına alternativ tapıb? (VİDEO)
18 Oktyabr 2013 / 17:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Son hadisələr Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas bazar sayılan Rusiyaya ixracını sual altına qoyub

Moskvada baş verən son hadisələr Rusiyada azərbaycanlıların həyatına təhlükə törətməklə yanaşı Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas bazar sayılan Rusiyaya ixracını da sual altına qoyub.

Məlumdur ki, Rusiya bazarlarında meyvə-tərəvəz məhsulllarının əsas hissəsi Azərbaycandan ixrac olunur və həmin bazarlarda da azərbaycanlılar üstünlük təşkil edir. Baş verən insidentdən sonra Rusiya hökümətinin bu bazarları bağlamaq planı daha da ciddiləşib. Deməli Azərbaycan meyvə-tərəvəz məhsullarının satış problemi ola bilər. Amma millət vəkili Vahid Əhmədov deyir ki, əslində rəsmi Moskva Azərbaycan məhsullarının idxalını qadağan etməkdə o qədər də maraqlı deyil.

Bəzi mütəxəssislər baş verən son insidentdən cəmi bir gün əvvəl Rusiyanın Gürcüstanın kənd təsərrüfatı məhsullarına qoyulduğu qadağanı aradan qaldırmasını təsadüfi saymır. Ehtimal olunur ki, bununla Rusiya Azərbaycan mallarına alternativ tapıb. Amma əksini düşünənlər də var.

Ümumiyyətlə son dövlər Ruisya-Azərbaycan münasibətlərində Rusiyanın fəallaşdırmaq istədiyi bir sıra iqtisadi layihələrə görə fikir ayrılığı yaranıb. Rəsmi Moskvanın yaratmaq istədiyi Avrasiya Gömrük İttifaqına Azərbaycanın qoşulmaq istəməsi şimal qonşumuzda heç də rəğbətlə qarşılanmır.
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə