Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilərdən şok qərar
Ermənilərdən şok qərar
18 Oktyabr 2013 / 17:57 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

İrəvanda Azərbaycanla sərhədlərin açılması tələbi ilə mitinq keçiriləcək

Qarabağı işğal etmiş Ermənistanda vəziyyət gözlənilmədən qarışmağa başlayıb.  Erməni mətbuatı xəbər verir ki, artıq işğalçı ölkənin paytaxtında Azərbaycanla sərhədlərin açılması tələbi ilə aksiyaların keçiriləcəyinə dair məlumatlar yayılmaqdadır.

Məlumatlarda vurğulanır ki, erməni əhalisi Azərbaycanla sərhədlər açılmadan ərzaq və digər təminatlarını ucuz qiymətə ödəyə bilməyəcəklərini bəyan edirlər. Bu məsələdə israrlı olan təşkilatların sayı isə artmağa başlayıb. Lakin Azərbaycanla sərhədlərin açılmasını tələb edən İrəvan əhalisinin Qarabağın geri qaytarılması məsələsi ilə bağlı mövqeyi tam aydın deyil. Bəziləri Dağlıq Qarabağın saxlanılmasını, ətraf rayonların geri verilməsi fikrini dəstəkləyir. Bir qism isə ümumiyyətlə, Qarabağın bütünlüklə Azərbaycanın nəzarəti altına verilməsi təşəbbüsünü irəli sürür.

Erməni ekspertlər isə bununla bağlı bəyan edir ki, vəziyyətin gözlənilmədən belə bir şəkil alması səbəbsiz deyil. Onlar hazırkı Sərkisyan hakimiyyətini ittiham edərək, onların apardıqları yarıtmaz siyasətin nəticəsi kimi bunu qəbul edirlər. Ekspertlərin qənaətinə görə, sosial və iqtisadi problemlər içində boğulan erməni xalqı Azərbaycanla münasibətlər yaxşılaşacağı təqdirdə, vəziyyətlərinin düzələcəyinə daha çox inanırlar. (demokratiya.info)

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə