Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Laçının icra başçısı haqqında ŞOK FAKTLAR
Laçının icra başçısı haqqında ŞOK FAKTLAR
18 Oktyabr 2013 / 18:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Akif Səlimovun özünə komanda yaradır

arxiv.bizimxeber.az-n elektron ünvanına Laçın rayon Güləbir kənd sakinləri R.Qəmbərov, A.Abbasov, N.Hüseynov və Ə.Abbasovun adından maraqlı məlumat göndərilib. Məlumatda bildirilir ki, 04.03.2013-cü il tarixdə Akif Səlimov prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Laçın rayonuna icra başçısı təyin olunub. Həmin tarixdən bu günə qədər rayonda vəzifə uğrunda ciddi mübarizələrə başlanıb. Özünə yeni komanda formalaşdırmağa çalışan A.Səlimov İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini B.Nəcəflini, kənd təsərrüfatı üzrə müavin S.Məmiyevi, ümumi şöbə müdiri N.Nəcəfovu, İcra Hakimiyyətinin komendantı Ş.İbrahimovu, mədəniyyət şöbəsinin müdiri İ.İlyasovu və Dairə Seçki Komissiyasının sədri Ş.Paşayevi tələm-tələsik tutduqları vəzifələrdən azad edib. Ölkədə keçiriləcək seçkiylə əlaqədar qısa müddətli fasilə verən A.Səlimov seçkilərdən dərhal sonra Laçın rayon İcra Hakimiyyəti başçısı postuna şansı olan İH-nin iqtisadi məsələlər üzrə müavini A.Nəzərlini, Evlər İdarəsinin müdiri Ə.Abbasovu və rayon təhsil şöbəsinin müdiri M.Vəliyevi tutduqları vəzifələrdən uzaqlaşdırmağa hazırlaşır. Məlumatda o da qeyd edilir ki, adıçəkilən məmurlar sabiq icra başçısı R.Cəbrayılova yaxınlığı ilə seçilən və hal-hazırda vəzifələrində qalan məmurlardır. Məsələ bundadır ki, A.Nəzərli və M.Vəliyev tutduqları vəzifələrdən uzaqlaşdırılarsa, A.Səlimovun ciddi problemlərlə üz-üzə qalacağı qaçılmazdır. Hazırda A.Səlimov bu yöndə bir neçə manevrlər etsə də, Zakir və Nazim Fərəcov qardaşlarının və Sevindik Hətəmovun ciddi təzyiqləri ilə üzləşib. Əsasən komandasını kürdlərdən və gəlovçulardan formalaşdırmağa cəhd edən A.Səlimov rayonun Güləbir və Ağanus kəndlərindən olan kadrları ciddi cəhdlə vəzifələrdən uzaqlaşdırır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə