Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkili “Hürriyət”ə cavab verdi
Millət vəkili “Hürriyət”ə cavab verdi
18 Oktyabr 2013 / 22:39 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Qənirə Paşayeva Türkiyənin “Hürriyyət” qəzetinə məktubunu “Facebook” sosial şəbəkəsindəki hesabında yazaraq paylaşıb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin “Hürriyət” qəzetinə münasibət bildirib. ANS PRESS-in verdiyi məlumata görə, millət vəkili “Facebook” sosial şəbəkəsindəki hesabından “Hürriyət” qəzetinə məktub ünvanlayıb. “Hürriyetə açıq məktub.(Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası DostluqQrupunun üzvü Qənirə Paşayeva)

Hürriyət qəzetinə www.hurpass.com saytı vasitəsilə elektron abunə olmaq üçün qeydiyyat tələb olunan hissədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qaradağ bölgəsinin “Dağlıg Karabağ Cumhuriyyeti” adı altında təqdim olunması və bununla da, Azərbaycanın ərazi bütövlüyünə böyük sayğısızlıq nümayiş etdirilməsini böyük üzüntü ilə qarşılayaraq, buna etiraz edir və Hürriyətin redaksiya heyətinin bu səhvi düzəldəcəyini və Azərbaycandan üzr istəyəcəyini gözləyirik.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olması Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, dünya birliyi tərəfindən qətiyyətlə tanınmış və Azərbaycanın sərhədləri beynəlxalq hüquqla təsbit olunmuşdur.
Dağlıq Qarabağı müstəqil dövlət kimi heç bir dövlət, o cümlədən işğalçı Ermənistanın özü tərəfindən belə tanınmamışdır.

Azərbaycan torpaqlarını işğal altında saxlayan və Azərbaycan xalqına qarşı soyqırım törədən Ermənistanın bu addımı ata bilmədiyi təqdirdə, Türkiyənin Hüriyyət kimi tanınmış bir qəzetinin saytında bu mənzərəni görmək böyük üzüntü və haqsızlıq hissi ilə qəbul olunur. Bu cür hərəkət işğal olunmuş ərazilərdə şəhid olmuş 30.000 azərbaycanlının ruhuna və qaçqın və məcburi köşkün halına düşmüş bir milyondan artıq insanın hissələrinə açıq hörmətsizlik və təhqirdir. Bu kimi əməllər eləcədə beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərə ziddir.

Atalarımızdan miras qalan “insan ərki çatdığı yerdən küsər kəlməsi”ni xatırladaraq, onu deyə bilərəm ki, bu hadisənin qardaş Türkiyənin Huriyyet qəzetinin saytında baş verməsi insanın qəlbini ciddi şəkildə incidiir. Mən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü kimi bildirmək istəyirəm ki, bu kimi xoşagəlməz hal iki qardaş ölkəni bir-birinə bağlayan qırılmaz əlaqələrin ruhuna yaraşmaz. Bu kimi əməllər “düşməm dəyirmanına su tökmək” məsəli kimi qəbul olunaraq, Azərbaycan-Türkiyə qardaşlığına paxıllıq və qısqanclıq edən düşmənlərimizi yalnız və yalnız sevindirə bilər.

Qardaş Türkiyə dövləti hər zaman ədalət və beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmiş və beynəlxalq platformalarda Azərbaycanın haqq işini dəstəkləmişdir. Azərbaycan xalqı da qardaş Türkiyənin bu ədalətli mövqeyini daim yüksək qiymətləndirmiş və Azərbaycan da bütün beynəlxalq məsələlərdə öz qardaşlıq dəstəyini Türkiyədən əsirgəməmişdir.

Qeyd olunanların fövqündə ümid edirik ki, Hürriyət qəzeti Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik əlaməti olan bu məqamı təcili şəkildə aradan qaldıracaq və onun bir daha təkrarlanmasına heç vaxt yol verməyəcək”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə