Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Diplomatlarımız Orxan Zeynalovla görüşə bilmirlər
Diplomatlarımız Orxan Zeynalovla görüşə bilmirlər
18 Oktyabr 2013 / 22:50 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Azərbaycan diplomatları Moskavının Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovla hələ görüşə bilməyiblər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Moskvadakı səfirliyinin mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: “Biz Rusiyanın Xarici İşlər Nazirliyinə təkrar nota göndərmişik. Xarici İşlər Nazirliyi ittiham olunan şəxslə əlaqə saxlamaq üçün müəyyən tədbirlər görsə də, onunla görüşmək hələ mümkün olmayıb. Biz oxşar xahişlə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də müraciət etmişik və hazırda cavab gözləyirik”.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə