Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək”
“Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək”
20 Oktyabr 2013 / 4:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
“İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz”. Bunu prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada baş verən hadisələrə biganə qalmır: “Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir.
O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyil. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır”.
“Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir. Biz bunu edəcəyik. Növbəti beş ildə mən Prezident kimi bunu təmin edəcəyəm”, deyə dövlət başçısı qeyd edib və vurğulayıb ki, Azərbaycanın xarici siyasəti ilə bağlı bütün təşəbbüslər əməkdaşlıq, dostluq üzərində qurulub. “Bir-birinin işinə qarışmamaq, bir-birinə hörmət etmək, bu, həm beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda, normal insani davranışa da uyğun olan siyasətdir”, – deyə ölkə başçısı vurğulayıb.
arxiv.bizimxeber.az


“Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək” yazısına 2 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə