Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Amaliya Pənahova ağlını çaşdırıb” – QALMAQAL
“Amaliya Pənahova ağlını çaşdırıb” – QALMAQAL
20 Oktyabr 2013 / 14:40 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Maqbet Bünyadov: “Nə indi, nə də teatrda direktor olduğu illərdə Bakı Bələdiyyə Teatrı adında qurum tanımamışam”

Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahova APA-ya müsahibəsində Akademik Milli Dram Teatrını ittiham edib. “Akademik Milli Dram Teatrı həmişə mənim aktyorlarımı öz səhnəsinə aparıb, sonra məhv edib, işdən çıxarıb” – deyə bildirən Xalq artistinə cavab gecikməyib.

ANS PRESS-in AzNews.az-a istinadən verdiyi xəbərə görəö, Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov açıqlamasında bildirib ki, o, nə indi, nə də teatrda direktor olduğu illərdə Bakı Bələdiyyə Teatrı adında qurum tanımayib: “Oradan biz kimi gətirmişik? Pulumuz olsaydı, özümüz xərcləyərdik. Bunların dərisini o qədər dartıblar ki. Artıq o, ağlını çaşdırıb. Onun teatrından bizə Valeh adlı aktyor müraciət etdi. Ona da rejissor dedi ki, sənin ampulanda bizdə 4-5 aktyor var.

O, da çıxıb getdi. İndiki aktyorlar müqavilə ilə 4-5 teatrda işləyir. Fuad Poladov kimi aktyor Rus Dram, Akademik Teatr və başqa teatrlarda oynayır. Əgər aktyor istedadlıdırsa, onun üçün hər yerdə “yaşıl işıq” yanır. Ümumiyyətlə, belə bir teatr varmı? Hiss olunmur ki, belə bir teatr var. Amaliya xanım özündən incisin. Bunlar mənim dövrümdə olmayıb”.

M.Bünyadov Amaliya Pənahovanı teatra direktor olmaq istəməkdə də günahlandırıb: “Məlik Dadaşov, Şəfiqə Məmmədova, Amaliya Pənahova getdi. Onların hamısı müdir olmaq istəyirdi. Elə bu iddia ilə də Akademik Milli Dram Teatrının hörmətini aşağı saldılar. Həsən Turabov da müdir oldu. Teatrın sütunu isə bu adıçəkilən adamların üstündə qurulmuşdu. Silkələnmə yarandı. Teatrın özünə gəlməsi üçün baza lazımdır”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə