Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Girov götürülən türk pilotlar azadlıqda- Təfərrüat
Girov götürülən türk pilotlar azadlıqda- Təfərrüat
20 Oktyabr 2013 / 14:50 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Avqustun 9-da Livanda qaçırılan Türkiyə Hava Yollarının pilotları Murat Akpınarla köməkçisi Murat Ağca dünən Türkiyə-Livan-Suriya üçbucağında aparılan qısa danışıqlardan sonra bu gecə azad olunubar. 

2012-ci ilin may ayında Suriyada itkin düşən 9 nəfər livanlı hacının buraxılması qarşılığında azad olunan pilotlarla bağlı aparılan danışıqlar prosesinin bəzi məqamları üzə çıxıb.

Belə ki, keçən cümə axşamı Türkiyədə Livan Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahimlə Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl-Atiyyə arasında müzakirələr aparıldı.

A.İbrahim İstanbulda Milli Təhlükəsizlik Təşkilatı əməkdaşı Hakan Fidan və XİN-nin kəşfiyyat rəhbərləri ilə apardığı danışıqlarda, pilotlar qaçırılmamışdan əvvəl Suriya müxalifətçiləri tərəfindən oğurlanan 9 nəfər Livan vətəndaşının azad olunmasının əvəzində Suriya hökumət qüvvələri tərəfindən girov saxlanılan 127 nəfər qətərli qadının sərbəst buraxılması ilə bağlı tələblər irəli sürüb.

Türkiyə tərəfi pilotların qaçırılması ilə bağlı yaranan problemin həll edilməsi üçün edilən insani cəhdləri onlara izah edib. Danışıqlardan sonra isə Abbas İbrahim cümə günü Dəməşqə gedərək, Əsəd hökumətinin təhlükəsizlik və kəşfiyyat rəhbərləri ilə 127 qadının sərbəst buraxılması üçün danışıqlara başlayıb. Görüş müsbət məcrada başa çatdıqdan sonra İstanbulda olan Qətərin xarici işlər nazirinə bu barədə məlumat verib.

O, elə həmin gün Beyruta gedərək, pilotları qaçıran “İmam Rzanın Ziyarətçiləri” qruplaşması ilə danışıqlara başlayır. Təşkilatdan bildirirlər ki, livanlı hacılar azadlığa çıxandan sonra pilotları Livanın daxili İşlər naziri Mərvan Şerbillə birlikdə Türkiyə səfirliyinə təhvil verəcəklər. Danışıqların uğurla başa çatması üçün Türkiyə tərəfinin 150 milyon dollar ödədiyi iddia edilsə də, bunu heç bir tərəf təsdiq etməyib.

Suriyada girov saxlanılann qadınlar Livan sərhəddindən keçən kimi, Suriyalı müxalifətçilər də livanlı hacıları Türkiyə sərhəddinə gətirərək, türk sərhədçilərə təhvil verdilər. Adanadan İstanbula təyyarə ilə gətirilən hacılar İstanbul aeroportunda onlar üçün ayrılmış xüsusi təyyarəyə minən kimi, “İmam Rzanın Ziyarətçiləri” təşkilatı pilotları Livan hüquq-mühafizə orqanlarına təhvil verdiblər. Pilotlar hərbi aedromdan hərbi vertolyot vasitəsi ilə Beyrutun “Refik Hariri” hava limanına gətirildi və burda onları Livanın xarici işlər naziri ilə Türkiyənin Livan səfiri İnan Özyıldız qarşılayıblar. Pilotlar hava limanında Türkiyə Xİ naziri Əhməd Davutoğlu ilə telefonla danışıblar və dərhal xüsusi təyyarə ilə İstanbula uçublar.

İstanbul hava limanında onları Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri qarşılayıblar. Hava limanında jurnalistlərə açıqlama verən pilotlar, əsir saxlandıqları 71 gün müddətində təzyiqlərə və işgəncələrə məruz qalmadıqlarını, azadlığa çıxmaq üçün heç bir vaxt ümidlərini itirmədikləri bildiriblər.

Onlar, “Vətən torpağını əvəz edəcək heç nə yoxdur” – deyə qeyd ediblər.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə