Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səbayel icra başçısından şikayət var
Səbayel icra başçısından şikayət var
21 Oktyabr 2013 / 13:18 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Səbayel rayon, Arif İsmayılov küçəsi, 25-ci binada yaşayan bir qrup sakin  rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov və deputat Fuad Muradovdan şikayətçidirlər.

arxiv.bizimxeber.az-a daxil olan məktubda deyilir ki, onlarla sakin bir neçə ildir ağır mənzil şəraitində yaşayır. Xüsusilə qış fəsli, qarlı-yağışlı günlər yaxınlaşdıqca binanın 2-ci mərtəbəsində yaşayanların həyatı kabusa dönür. Yağan hər bir yağış dənəsini mənzillərinin içində “qarşılayan” sakinlər məişət əşyalarının da sıradan çıxdığını vurğulayırlar.

“Bu barədə cavabdeh təşkilatlara dəfələrlə müraciət etmişik. Amma səsimizə hay verən yoxdur. Binamızın ümumi pilləkəni də bərbad vəziyyətə idi. Aylarla aidiyyəti qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı, deputat Fuad Muradov problemi həll edəcəyinə söz versə də yaxın durmadı. Bu günlərdə sakinlər arasında vəsait toplayaraq onu özümüz təmir etdirdik. Lakin binanın damının təmirinə sakinləri səfərbər etmək qeyri-mümkündür. Binanın damına tol vurmaqdan bezmişik. Bütün ətraf binaların damı azbes şiferlərlə təmir olunub, iş bina 25-ə çatanda isə tilsimə düşüb” – deyə sakinlər bildirir.

Sakinlər müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə Səbayel Rayon İcra Hakimiyyətinə yürüş edəcəklərini və mətbuat konfransı keçirərək problemlərini ictimailəşdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, bir az əvvəl bina sakinləri prezident İlham Əliyevə,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Milli Məclisin deputatı Fuad Muradova və Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova müraciət ünvanlayıblar. Müraciətdən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq cavab verən yoxdur.

Virtualaz.org



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə