Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəkilindən Fərhad Əliyevlə bağlı ilginc açıqlama – EKSKLÜZİV
Vəkilindən Fərhad Əliyevlə bağlı ilginc açıqlama – EKSKLÜZİV
21 Oktyabr 2013 / 13:54 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Vəkil Elton Quliyev hüquqlarını müdafiə etdiyi keçmiş iqtisadi inkişaf naziri, prezidentin əfv fərmanı ilə azad edilən Fərhad Əliyevlə görüşməyib. Bu barədə vəkil AzNews.az-ın sualını cavablandırarkən bildirib. Vəkilin sözlərinə görə, o, F.Əliyevi qarşılamaq üçün onun cəza çəkdiyi müəssisəyə də getməyib:

“Mən ümumiyyətlə, indiyə qədər müdafiə etdiyim şəxslərdən ancaq Emin Millinin arxasınca getmişəm. Onun da məhkəməsi Salyanda keçirilirdi və mən məhkəmə prosesində iştirak etməli idim. Məhkəməyə getdim və prosesdən sonra onu Salyandan Bakıya gətirdim. Vəkillik fəaliyyətimdə sadiq qaldığım müəyyən prinsiplərlər var. Fərhad Əliyevlə də azadlığa çıxdığı gün və daha sonra görüşməmişəm, sadəcə zəng etmişəm, çünki hələlik görüşə ehtiyac da görmürəm. Ola bilsin ki, bir müddət sonra Fərhad Əliyevlə görüşəcəyik, amma hələlik belə görüş olmayıb”.

F.Əliyevin müsadirə olunan əmlakının qaytarılması ilə bağlı kömək üçün vəkilə müraciət edib-etməməsinə gəlincə, Elton Quliyev belə bir müraciətin olmadığını bildirib:
“Fərhad Əliyev uzun müddət ailəsindən uzaq qalıb. İndi yəqin ki, bütün ailə üzvləri, qohumlarla görüşlər var. Belə vaxtda bu məsələlər yəqin ki, onu da maraqlandırmır. Konkret olaraq hansısa müsadirə olunan əmlakla bağlı mənə müraciət etməyib”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə