Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ramiz Həsənovun atası satqın olub” – ŞOK İDDİA
“Ramiz Həsənovun atası satqın olub” – ŞOK İDDİA
21 Oktyabr 2013 / 16:53 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

Borçalıda elə tarixi hadisələr baş verib ki, onları yenidən təftiş etmək, siyasi qiymət vermək lazımdır. Hətta 100 il bundan öncə baş vermiş hadisələr indiki antimilli proseslərə təsir göstərir. Azərbaycan Respublikası Dövlət Standartlaşdırma, Meterelogiya və Patent Komitəsinin Sədri Ramiz Həsənovun atası, o zamankı Gürcüstan SSR Ali Sovetinin deputatı Ayvaz Həsənov satqın olub. Məhz bu milli satqının fəaliyyəti nəticəsində indi gürcülər Borçalıya divan tuturlar.

Bu barədə açıqlamanı Avrasiya.net-əUkrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov verib.

Daşqın Gülməmmədov bildirib ki, 1967-ci ildə Borçalının Qaçağan kəndində baş vermiş antisovet qiyamının səbəb və nəticələri mütləq yenidən araşdırılmalıdır. Burada hətta Gürcüstanın eks-prezidenti, 1967-ci ildə Gürcüstan SSR İctimai Asayişi Mühafizə naziri olmuş Eduard Şevardnadzeyə belə real ittiham irəli sürmək mümkündür. Qiyamın güclə yatırılmasına məhz E.Şevardnadze şəxsən rəhbərlik edib. 1967-ci il Qaçağan antisovet qiyamının əsl səbəbkarı isə Ramiz Həsənovun atası, Qaçağan sovxozunun direktoru Ayvaz Həsənov olub. Onun əməllərinə qarşı etiraz sonradan antisovet qiyamına çevrilib: “Nəticədə Ayvaz Həsənov Qaçağan kəndindən gecəliklə qaçaraq, Tiflisə gedib və Gürcüstan KP MK-nın 1-ci katibi Vasili Mjavanadzeyə “Marneuli rayonunda Türkiyə agentlərinin və antisovet ünsürlərin baş qaldırması, dövlət quluşuna qarşı qiyamı etməsi” barədə gizli hesabat təqdim edib. Nəticədə isə Gürcüstan KP MK 1-ci katibi V.Mjavanadze SSRİ Daxili Qoşunlarının Tiflisdə dislokasiya olunan 8-ci Alayının Marneuli rayonun Qaçağan kəndinə yerdilməsi barədə əmr verib. Qiyamın yatırılması və “antisovet ünsürlərinin neytrallaşdırılması” Gürcüstan SSR İctimai Asayişi Mühafizə naziri Eduard Şevardnadzeyə tapşırılıb. Nəticədə 100 dən çox Qaçağanlı həbs edilib, 2 nəfər şəxs öldürülüb. Bu tarixi hadisəyə siyasi qiymət verməyin zamanı çatıb. İndi isə satqın, Borçalıya Daxili Qoşunları yeritdirib, yerli xalqa işgəncə verən Ayvaz Həsənovun oğlu Ramiz Həsənov atsının antimilli siyasətinin davam etdirməkdədir. Bu gün Borçalıda xalqa qarşı yönəldilmiş bir çox hadisələrin arxasında Ramiz Həsənovun adı çıxır. Dəsti-xətt isə aydındır, iş başında milli satqın Ayvaz Həsənovun oğlu Ramiz Həsənov durur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə