Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Məhsul” təmirə dayanır
“Məhsul” təmirə dayanır
21 Oktyabr 2013 / 17:02 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Son günlər Bakıda mitinqlərin keçirildiyi “Məhsul” stadionu təmirə dayandırılır.  Bu barədə məlumat Qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə stadionun təmirə dayandırılması əslində formal xarakter daşıyır: “Son zamanlar bu stadion mitinqlərin keçirildiyi yer kimi tanındı. Şəhərin mərkəzində və metronun “İnşaatçılar” stansiyasının yaxınlığında olması səbəbindən bu ərazidə olan mitinqlər daha izdihamlı keçdi. Bu da əlbəttə ki, hakimiyyət nümayəndələrinin ürəyincə deyildi.

Bayıl qəsəbəsində keçirilən mitinqlərə müxtəlif vasitələrlə mane olurdular. Həmçinin yol uzaq olduğundan gələn adamların sayı az idi. Ona görə də mitinqlərin şəhərin mərkəzindən keçirilməsini əngəlləmək üçün stadionu təmirə bağlamaq istəyirlər”.

Xatırladaq ki, Milli Şura həm prezident seçkisi öncəsi, həm də seçkidən sonra “Məhsul” stadionunda bir neçə mitinq keçirib. Oktyabrın 27-ə isə “Tələb edirik” şüarı ilə mitinq təyin edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə