Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xanım deputat “Televiziyalarda peşəkar kadrlar çox azdır”
Xanım deputat “Televiziyalarda peşəkar kadrlar çox azdır”
21 Oktyabr 2013 / 17:18 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Lalə Abbasova: “Əsas problem peşəkar kadrların olmaması ilə bağlıdır”

“Bütün dünyada olduğu kimi, Azərbaycan televiziyalarında da şou verişilərin və teleserialların yayılması təbiidir. Əsas problem televiziyalarda şou və teleserialların yayımı deyil, qeyri-peşəkar səviyyədə hazırlanması ilə bağlıdır”. Bu sözləri arxiv.bizimxeber.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, “Qadın və Tərəqqi” İctimai Birliyinin sədri Lalə Abbasova söyləyib.

Onun sözlərinə görə, teleməkanda peşəkar verilişlərin az olması Azərbaycan tamaşaçılarını əcnəbi telekanllara baxmağa sövq edir: “Bu məsələ dəfələrlə gündəmə gəlsə də, ictimaiyyət fəalları, ekspertlər və ziyalılar bununla bağlı öz narahatlıqlarını bölüşsələr də, bu sahədə ciddi islahatlar həyata keçirmək mümkün olmur. Bunun başlıca səbəbi televiziyalara peşəkar kadrların yox, rəhbərliyə yaxın olan şəxslərin gətirilməsi ilə bağlıdır. Düşünürəm ki, ilk növbədə kadr problemini həll etmək lazımdır. Nəzərə alsaq ki, bu gün birbaşa Prezidentin tapşırığı ilə yerli teleserilların yayımına dövlət büdcəsindən vəsait ayrılıb, belə olduğu təqdirdə televiziyaların borcudur ki, tamaşaçılara peşəkar filmlər təqdim etsinlər. Amma biz bunun şahidi olmuruq. Telekanalların əksəriyyəti sadəcə serial yayımlamaq xatirinə bu işə qol qoyurlar ki, bu da qeyri-peşəkar və bayağı serialların efirə yol tapmasına gətirib çıxarır”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə