Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rasmussen İlham Əliyevi təbrik etdi
Rasmussen İlham Əliyevi təbrik etdi
21 Oktyabr 2013 / 18:06 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Anders Foq Rasmussen Azərbaycan dövlət başçısına prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik məktubu göndərib

NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan dövlət başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik məktubu göndərib.

“İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.

NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam. Əminəm ki, biz “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır.
Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcək”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə