Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP-çı deputat hakimləri kəskin tənqid edib
YAP-çı deputat hakimləri kəskin tənqid edib
22 Oktyabr 2013 / 14:36 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Siyavuş Novruzov: “Məhkəmə qərarlarının icrası BMT-nin qəbul etdiyi qətnamələrin icrasına oxşayır”

Milli Məclisin bu gün keçirilən iclasında Məhkəmə-Hüquq Şurası (MHŞ) haqqında qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.  Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verib.

Komitə sədri bildirib ki, bir il əvvəl “Məhkəmələr və Hakimlər” haqqında qanuna dəyişiklik olunub: “O vaxt dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, tədris prosesinə hakimliyə sənədlərinmi təqdim edən, habelə tədris zamanı hakimlərin öz razılığı ilə onların ezam olunması üçün hüquqi əsas yaradır. Eyni zamanda işin təşkili vəziyyətinin yoxlanılması prosesində digər hakimiyyət orqanlarının müdaxiləsi olmasın deyə hakimlərin öz razılığı ilə onların iki il ərzində ezam olunmasını qəbul etdik. Artıq “Məhkəmələr və Hakimlər” haqqında qanuna salınan bu məsələlərin Məhkəmə-Hüquq Şurası haqqında qanuna köçürülməsinə ehtiyac var. Çünki bunu həyata keçirmək Məhkəmə-Hüquq Şurasına səlahiyyətlərinə aiddir. Bu mənada biz texniki dəyişikliyi təklif edirik”.
 Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev dəyişikliyə etiraz edib: “Biz hansı əsasla hakimi öz fəaliyyətindən iki il müddətinə kənarlaşdırırıq? Əslində hakimin hansı hallarda vəzifəsindən kənarlaşdırılması Konstitusiyada açıq göstərilib. Konstitusiyada açıq göstərilir ki, hakim cinayətə yol verən zaman vəzifəsindən kənarlaşdırıla bilər. Biz hamımız bilirik ki, şəxslər hakim olmaq üçün imtahan verirlər, buna ciddi hazırlaşırlar. Hakim məhkəmədə iş aparmalıdır, gedib hanısasa sahədə yoxlama aparmamalıdır. Məhkəmə Hüquq Şurada hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanunsuzdur. Konstitusiyaya görə, hakimiyyət bölgüsü müəyyən edilib. Əgər məhkəmə hakimiyyəti müstəqildirsə, onda bu qurumun sədrinin hökumətin nümayəndəsinin olması ciddi sual doğurur”.
 Deputat Siyavuş Novruzov isə deyib ki, burada söhbət hakimlərin pedaqoji fəaliyyətə cəlb edilməsindən gedir və bu müsbət haldır: “Son zamanlar Məhkəmə Hüquq Şurasının fəaliyyəti, gördüyü işlər təqdirəlayiqdir. Hesab edirəm ki, şuranın tərkibi genişlənməli və ictimaiyyətdə bu prosesə cəlb olunmalıdır. Hakimlərin seçilməsi prosesi şəffaf gedir. Ayrı-ayrı beynəlxalq qurumlar onlara dərs keçir.
 Elə ki hakimlər gedib çatırlar məhkəməyə oradakı qoca qurdların əlinə keçirlər. Onlara elə dərs keçirlər ki, Məhkəmə Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır. Biz burada onların seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə k, vəzifəyə keçdilər camaatın canına düşürlər. İkinci problem isə məhkəmə qərarlarının icrası məsələsinə aiddir. Bu da lap BMT-nin qəbul etdiyi qətnamələrinə oxşayır. Burda da məhkəmə qərarının icrası sərf eləmədi, deyir, icra edə bilmirəm. Elə ki, yanından keçirsən, dərhal icra edilər. Fikrimcə, Məhkəmə Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən deputat həmkarlarımı qanunu dəstəkləməyə səsləyirəm. Mən ordakı insanları insaflı olmağa çağırıram, insafı birinci yerə qoyun”.
 Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.
arxiv.bizimxeber.az


YAP-çı deputat hakimləri kəskin tənqid edib yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə