Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əmlakın özəlləşdirilməsindəyenilik
Əmlakın özəlləşdirilməsindəyenilik
22 Oktyabr 2013 / 15:36 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4
Tezliklə əhali arasında “Forma-1” adlanan arayışları elektron əldə etmək mümkün olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, yaxın günlərdə təqdim ediləcək növbəti yeni layihə daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların real vaxt rejimində notariuslara verilməsi olacaq. Qeyd olunan məsələlərin komitə və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub. Bu mexanizm yaxın günlərdə işə düşəcək və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin artıq 16 növ elektron xidməti var. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı və başqa xidmətlər artıq xüyli müddətdir ki, elektron qaydada verilir və elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib.

Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilirlər. Ümumilikdə, qısa müddətdə elektron xidmətlər vasitəsilə 7000-ə yaxın müraciət daxil olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə